“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Həmkarlar İttifaqı Komitəsi 2025-ci ildən etibarən öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, həmkarlar ittifaqlarının fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında hər iki ildən bir bağlanan Kollektiv Saziş və Kollektiv Müqavilə əsasında həyata keçirir.


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Həmkarlar İttifaqı Komitəsi (EATDA HİK) müəssisədə çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının və peşə maraqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edir.


Komitənin fəaliyyəti əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, habelə mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.

Bununla yanaşı, əməkdaşların istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının təqdim edilməsi, həssas qruplarla və gənclərlə işin təşkili də Komitənin əsas fəaliyyət istiqamətlərinə daxildir.


Komitə üzvləri ilə davamlı ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsiplərinə əsaslanan fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Komitə 43 ittifaq üzvünü özündə birləşdirir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri: