“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Sədr

Sədr

İsmayılova İradə Nizam qızı

Doğum tarixi

1985: anadan olmuşdur.


Təhsil

2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Filologiya fakültəsində bakalavr təhsili almışdır.

2008-2010-cu illərdə Bakı Slavyan Universitetində Azərbaycan dili ixtisası üzrə magistr təhsili almışdır.

Karyera

2007-2008-ci illərdə Qəbələ rayon Tüntül kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir;

2010-2019-cu illərdə Bakı Slavyan Universitetində elmi işçi, sayt redaktoru vəzifələrində çalışmışdır;

2019-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində mütəxəssis vəzifəsində çalışmışdır;

2023-2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində aparıcı məsləhətçi, böyük məsləhətçi vəzifəsində çalışmışdır;

2024-cü ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışır;

2025-ci ildən etibarən Elm və ali təhsil üzrə Dövlət Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin Komissiya üzvlərinin səsverməsi ilə sədr vəzifəsinə seçilmişdir.

 

Xarici dillər

İngilis dili

Rus dili

 

Ailəlidir, 2 övladı var.